
Oktyabrın 2-dən 3-nə keçən gecə yerli vaxtla saat 3-4 arasinda Parisdəki otellərdən birində erməni əsilli amerikalı tele-ulduz və foto-model Kim Kardaşyanın qaldığı oteldəki nömrəyə silahlı basqın olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı iki silahlı şəxs polis formasında Kardaşyanın qaldığı nömrəyə basqın edərək, onu silahla təhdid ediblər. Qarətçilər Kardaşyanı bir neçə saat girov saxlayıblar. Bu haqda Kardaşyanın nümayəndəsi mətbuata açıqlama verərkən hadisəni təsdiqləyib.
O, bildirib ki, 34 yaşlı Kardaşyan ağır şok keçirsə də, lakin bədən xəsarətləri almayıb: “Kim hələdə hadisənin təsirindən əsir…”
Qərb mətbuatı isə bildirir ki, basqın zamanı Kardaşyanın 10 milyon dollar dəyərində qiymətli zinət əşyaları oğurlanıb. Hücum edənlər isə beş nəfər olublar.
Kardaşyanın əri Kanye Uest Nyu-Yorkda Meadows festivalında iştirak edirmiş. O, hadisəni eşidərkən çıxışını yarımçıq kəsərək, səhnəni tələsik tərk edib.
Hələlik Parisdə baş verən hadisəyə dair rəsmi məlumat verilmir.
Fransa polisi baş verən hadisəylə bağlı cinayətkarların axtarışını davam etdirir.
Gülnaz Qənbərli
Gununsesi.info












