Kişi mübahisə zamanı sevgilisini yandırdı

  • By admin
  • 08 Avqust 2020 09:04

Mübahisə zamanı kişi sevgilisini yandırıb.

Gununsesi.info REN TV-yə istinadən xəbər verir ki, hadisə Buryatiya Respublikasının Bulık kəndində baş verib. 

Bir neçə gün fasiləsiz spirtli içki qəbul edən cütlük şəxsi münasibətləri müzakirə edərkən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı kişi sevgilisinin üzərinə benzin töküb və yandırıb. Xoşbəxtlikdən qadın ölməyib.

Faktla bağlı cinayət işi başlanıb.

Gununsesi.info