
Hamımız kişilər, kişi xarakteri haqqında ümumi məlumata sahibik. Lakin ABŞ-da aparılan bir araşdırma kişilərin daxilini üzə çıxararaq hər kəsi təəccübləndirib.
Gununsesi.info kişilər haqqında maraqlı həqiqətləri oxucularına təqdim edir.
Hər yüz kişidən 83-ü qadınların dodaqlarına xüsusi önəm verir. Onlar qadınların ən cazibədar yerinin məhz dodaqları olduğunu düşünürlər.
18-49 yaş aralığında olan kişilərin yüzdə 59-u özlərini sevgililərinə göstərmək üçün geyimə xüsusi diqqət yetirirlər. Onlar xarici görünüşə önəm verirlər.
18-35 yaş aralığında olan hər yüz kişidən 73-ü ağladıqdan sonra rahatlaşır.
Kişilərin yüzdə 42-si kosmosa getmək istəyir.
Hər yüz kişidən 69-u qadınlardan daha yaxşı maşın sürdüyünü düşünür. Onların yüzdə 71-i isə azanda heç kimdən yol soruşmur.
Kişilərin yüzdə 33-ü cinsi orqanını böyütmək üçün əməliyyata girmək istəyir. Əgər əməliyyat pulsuzdursa.
25-34 yaş aralığında olan hər 5 kişidən 3-ü subaydır.












