Kişinin düz bağırsağından narkotik çıxdı

  • Müəllif: admin
  • 28 Mart 2017 09:20

Без названия (1)

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 12,970 qram olan narkotik vasitə – tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info