KİV: ABŞ Qərbi Afrikadan qoşunlarının bir hissəsini geri çəkməyi planlaşdırır

  • By admin
  • 25 Dekabr 2019 14:45

ABŞ Müdafiə Nazirliyi Qərbi Afrikadan bir neçə yüz əsgərini çıxarmağı planlaşdırır.

“New York Times”ın xəbərinə görə, Pentaqon plana əsasən Nigeriyada yeni tikilən, dəyəri 110 milyon dollar olan PUA bazasınından imtina etməyi də nəzərdə tutub.

Bundan əlavə, Mali, Nigeriya və Burkina-Fasoda fəaliyyət göstərən Fransa silahlı qüvvələrinə dəstəyin dayandırılması planlaşdırılır.

Xatırladaq ki, yeddi minə yaxın ABŞ əsgəri, əsasən, Afrikanın Nigeriya, Çad və Mali ölkələrində yerləşdirilib.

Xəbər Oxu.az saytında dərc edilib.

Gununsesi.org