KİV nümayəndələrinə Prezidentin fərdi təqaüdü verildi – SƏRƏNCAM

  • Müəllif: admin
  • 22 İyul 2020 16:01

Prezident İlham Əliyev Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesiaz.info-nun məlumatına görə, Sərəncamla Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Xəlilova Flora Fətula qızı

İsmayılov Dağbəyi Mirzəxan oğlu

Qasımova Tünzalə Yusif qızı.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Gununsesiaz.info