Kiyev seksoloqu Sofiyaya səfir göndərir

  • By admin
  • 16 Yanvar 2023 12:09

Ukrayna Bolqarıstana səfir qismində heç bir diplomatik təcrübəsi olmayan, peşəsini “seksoloq-məsləhətçi” kimi təqdim edən şəxsi göndərib.

Bu barədə Gununsesi.info Ukraynanın telegram kanallarına istinadən bildirib.

2014-cü ildən, xüsusən də Rusiyanın bir ilə yaxındır ki, davam edən tammiqyaslı hərbi hücumunun başlanmasından bəri Ukrayna beynəlxalq dəstək qazanmaq üçün əlindən gələni edir.

Rusiyayla tarixi siyasi və enerji bağları olan, bu səbəbdən Moskvanın hücumuna açıq cavab verə bilməyən Bolqarıstan kimi ölkələrlə münasibətdə diplomatiya xüsusilə vacibdir. Bundan başqa Bolqarıstan sovet dövründən qalma böyük silah ehtiyatlarına malikdir.

Bu silahlar Ukrayna əsgərlərinə tanış olduğu üçün ölkənin müdafiəsində böyük rol oynaya bilər.

Ötən ay Bolqarıstanın müvəqqəti hökuməti və parlamenti Ukraynaya birbaşa hərbi yardım göstərilməsinə xeyir-dua verib.

Bəzi bolqarıstanlı müşahidəçilər Olesya İlaşçukun səfir təyinatını Bolqarıstanın Ukraynanı dəstəkləməyə tərəddüdünə, Prezident Rumen Radev kimi Qərbin Ukraynaya hərbi dəstəyini tənqid edənlərə cavab kimi görürlər. Keçmiş hərbi komandir olan Radev deputatların Ukraynaya hərbi dəstəyi təsdiqləməsini “müharibəni qızışdırmaq” kimi qələmə verir.

Yeni səfirin bu vəzifə üçün son dərəcə səriştəsiz olması ittihamları düz çıxsa, bu, Ukraynanın ümumən Bolqarıstana yanaşması kimi nəzərdən keçiriləcək”, – Sofiyada çıxan gündəlik “Dnevnik” qəzetinin baş redaktorunun müavini Petar Karaboyev belə yazıb.

 

Tərcümə:

Mais