Kiyevdə azərbaycanlılar döyüldü, səfirlik İŞƏ QARIŞDI - FOTO

  • By admin
  • 29 May 2021 16:16

Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb.

Hadisə mayın 28-də axşam saatlarında bazarların birində qeydə alınıb.

Belə ki, Əliverdi və Fikrət Məmmədov qardaşları, eləcə də daha bir neçə azərbaycanlı polis geyimində olan naməlum şəxslər tərəfindən döyülüblər.

Hücuma məruz qalan azərbaycanlıların sözlərinə görə, onlara qarşı beşbarmaqdan istifadə olunub.

Yaralı azərbaycanlılar Kiyev şəhər Travmatologiya Mərkəzinə yerləşdiriliblər.

Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə azərbaycanlıların döyülməsi faktını nəzarətə götürüb.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bununla bağlı müvafiq tapşırıq verib.

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı, konsul və diaspor nümayəndələri xəstəxanadakı yaralılara baş çəkiblər.

Eyni zamanda onlar Ukrayna hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə görüşərək araşdırmanın gedişatını nəzarətə götürüblər. (report)

Gununsesi.info