Demokratik partiyadan ABŞ prezidenti postuna namizəd Hillari Klinton respublikaçı Donald Trampı xeyli qabaqlayır.
Gununsesi.info xəbər verir ki, xəbər verir ki, bunu “Ipos” şirkətinin “Reuters” agentliyi ilə birgə prezident seçkilərində potensial seçicilər arasında apardığı onlayn-sorğunun nəticələri göstərir.
H.Klintonu sorğuda iştirak edənlərin 46%-i dəstəkləyir, 34,8% seçici isə Trampa səs verir. Beləliklə, Klintonun reytinqi Trampın reytinqindən 11% çoxdur. Sorğunun nəticələrinə görə, 19,2% insan heç bir namizədi dəstəkləmir.
Tədqiqat xətası ən çox 3,2% təşkil edir. (Report)