Klublararası DÇ-nin ev sahibi artıq məlumdur

  • By admin
  • 24 Oktyabr 2019 12:47

2021-ci ildə keçiriləcək klublararası dünya çempionatının ev sahibi dəqiqləşib.

Gununsesi.org xəbər verir ki, ilk dəfə 24 komandanın iştirak edəcəyi yarış Çində olacaq. Turnir iyun-iyul aylarında keçiriləcək.

Dörd ildən bir təşkil olunacaq çempionatda konfederasiyaların təmsilçi sayı isə hələ dəqiqləşməyib. Bununla bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Qətərin ev sahibliyi edəcəyi turnirlər köhnə formatla oynanılacaq.

 

Gununsesi.org