Köçkünlərə “çörəkpulu” verilməsi hansı müddətədək davam edəcək? – RƏSMİ

  • By admin
  • 21 Mart 2024 14:24

İşğaldan öncə yaşadıqları yerlərə qayıdan məcburi köçkünlərin onlar üçün dövlət tərəfindən verilən güzəşt və imtiyazları itirib-itirmədiyi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

Eyni zamanda komitə onlara “çörəkpulu”nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə də münasibət bildirib: “Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin (“çörəkpulu”) verilməsi şamil edilmir”.

 

Gununsesi.info