Koma vəziyyətində olan Azad Rəhimov Bakıya gətirildi

  • By admin
  • 29 Aprel 2021 22:03
Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Bakıya gətirilib.
Gununsesi.info xəbər verir ki, 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub.
Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.
Gununsesi.info