Komandalarımızın dünya çempionatının ikinci seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

  • Müəllif: admin
  • 27 Oktyabr 2016 11:17

cev

Lüksemburqda 2018-ci ildə təşkil olunacaq voleybol üzrə dünya çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Gununsesi.info xəbər verir ki, qadın və kişilərdən ibarət milli komandalarımızın da rəqibləri müəyyənləşib.

Qadınlardan ibarət yığmamız “E” qrupunda Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveçlə mübarizə aparacaq. Bu qrupun görüşləri gələn il mayın 30-dan iyunun 4-dək Azərbaycanda keçiriləcək.

Kişi voleybolçularımızın rəqibləri isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya yığmaları olacaq. Bu komandalar arasındakı görüşlər mayın 23-28-də Fransada oynanılacaq.

Gununsesi.info