Komitə azərbaycanlı girovlarla bağlı müraciətə cavab verdi

  • By admin
  • 21 İyul 2017 11:58

dilqem

Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyevin Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı 7 aprel 2017 tarixliş müraciətinə rəsmi cavab verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Assambleyası Mətbuat Xidmətindən modern.az-a verilən məlumatda bildirilib.

Məktubda komitə prezidenti Rəşad Quliyevə məsələni gündəmə gətirdiyi üçün təşəkkür edib. Müraciətdə qeyd edilmiş məsələləri ciddi və xüsusi diqqətlə oxuduğunu, qeyd olunan məsələləri diqqətdə saxlayacağını bildirib.

O, Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağda fəaliyyət göstərən nümayəndələrinin davamlı olaraq hər iki girovun saxlanma şəraiti ilə ciddi maraqlandığını, müalicə və müayinəsini xüsusi nəzarətdə saxladıqlarını məktubunda bildirib. Ayrıca hər iki şəxslə bağlı rəsmi qurumlarla danışıqlar getdiyi üçün bu danışıqların gizlilik anlaşmasına xüsusi riayət etdiklərinə görə girovların azadlığı ilə bağlı və bu məsələyə aid danışıqların  tam detalları ilə bağlı açıqlama verə bilməyəcəyini təəssüflə məktubda qeyd edib.

“Mən çox əminəm ki, ciddi əməkdaşlıq və qarşılıqlı dialoq sayəsində biz hər iki şəxslə bağlı müsbət nəticələrin əldə olunmasına nail olacağıq”,-deyə məktubda Peter Maurer qeyd edib.
Xatırladaq ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev hər iki girovumuzla bağlı 4 aprel 2017 tarixinində beynəlxalq təşkilatlara müraciət etmişdi. Müraciətdə hər iki girov haqqında heç bir beynəlxalq qurumun tanımadığı bir qondarma respublikanın məhkəmə orqanının çıxardığı qeyri-qanuni, heç bir beynəlxalq normalara uyğun gəlməyən qərarından bəhs edilib, girovlara qarşı amansız davranışın beynəlxalq humanitar hüququn normalarına zidd olduğu bildirilib, girovlarımızın azad olunması üçün beynəlxalq təşkilatdan Ermənistan hakimiyyətinə təzyiq göstərmək istənilib.

Qeyd edək ki, bir neçə gün öncə Avropa İnsan Haqları Kommissarı Nils Muiznieks də müraciətə reaksiya vermiş, məsələni şəxsi icraatına götürdüyünü bildirib.

Gununsesi.info