Komitə sədri fiziki qüsurlu şəxslərlə bir araya gəldi - FOTO

  • By admin
  • 19 Aprel 2017 17:15

hadi-kom

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda bir qrup fiziki qüsurlu insanlarla görüş keçirib.

Gununsesi.info-nun xəbərinə görə, komitə sədri Prezidenti İlham Əliyevin 2017-ci ilin I rübünün yekunlarına dair keçirdiyi iclas, ölkədə turizmin inkişafı, özünüməşğulluq, işsizliyin aradan qaldırılması istiqamətində hökumət qarşısında qaldırdığı tələblər və aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçıları ilə görüşü barəsində söhbət açıb və görüş iştirakçıları ilə bu mövzuda maraqlı müzakirə aparılıb.

Səmimi keçən görüşdə bu təbəqədən olan insanlar onlara göstərilən böyük qayğıya və diqqətə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.

Gununsesi.info