Kompyuter oğruları saxlanıldı

  • Müəllif: admin
  • 19 Avqust 2017 12:13

qandal-qolda

Xırdalan şəhərindəki orta məktəblərdən birinin sinif otağından kompyuterlər oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki orta məktəblərdən birinin sinif otağından 28 ədəd kompyuter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Hüseyn Ağamalıyev, 1 yeniyetmə və Sumqayıt şəhər sakini Asif Əliyev tutulublar.

Anar

Gununsesi.info