Konor Həbibi Moskvada döyüşə çağırıb

  • By admin
  • 16 Sentyabr 2019 12:25

UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor “Twitter” hesabında növbəti döyüşünün tarixi və məkanını açıqlayıb.

Gununsesi.org xəbər verir ki, o, dekabrın 14-də vətəni İrlandiyanın paytaxtı Dublində oktaqona qayıdacağına işarə vurub.

Qeyd edək ki, Konor Makqreqor ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədova uduzduqdan sonra çıxış etməyib. O, Dastin Puaryeyə qalib gələrək çempionluq titulunu qoruyan Həbibi Moskvada döyüşə çağırıb.

Ancaq Nurməhəmmədovun amerikalı Toni Ferqyusonla görüşü daha inandırıcı görünür. Makqreqorun isə növbəti döyüşünün Castin Qetci ilə olacağı gözlənilir.

Gununsesi.org