Konor Makqreqor koronavirusla mübarizəyə qoşuldu

  • By admin
  • 27 Mart 2020 09:33

Dünya şöhrətli MMA döyüşçüsü Konor Makqreqor İrlandiyada koronavirusa qarşı mübarizə məqsədi ilə bir milyon avro ayıracaq.

Gununsesi.org “Lenta.ru”ya istinadən xəbər verir ki, idmançı bu barədə öz “Twitter” hesabında paylaşım edib.

31 yaşlı idmançının ayırdığı vəsait ölkənin Lester vilayətində koronavirusa qarşı mübarizə aparan tibb işçilərinin qorunması üçün xərclənəcək.

Xatırladaq ki, martın 24-ü idmançı İrlandiya hökümətini pandemiya dövründə hava limanlarını və bir sıra iaşə obyektlərini bağlamağa çağırıb.

Gununsesi.org