Konstitusiya Məhkəməsinin seçkiylə bağlı iclası mətbuata açıq keçiriləcək

  • By admin
  • 02 Mart 2020 10:39
Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisə seçkilərlə bağlı iclası mətbuata açıq keçiriləcək.

Gununsesi.org bu barədə Konstitusiya Məhkəməsinə istinadən bildirir.

Qeyd edək ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-i saat 10:00-a təyin edilib.

Xatırladaq ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilmişdi.