Kontr-admiral Trampın köməkçisi oldu

  • Müəllif: admin
  • 02 İyun 2018 10:58
 ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Duqlas Fiers prezident Donald Trampın daxili təhlükəsizlik və əks-terrorizm məsələləri üzrə köməkçisi təyin edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi Con Bolton məlumat yayıb. Bildirib ki, Duqlas Fiers 30 ildən çoxdur terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və təbii fəlakətlərin fəsadlarının qarşısının alınması sahələrində iş təcrübəsinə malikdir.Qeyd edək ki, Duqlas Fiers aprel ayında istefa vermiş Tom Bosserti əvəz edəcək.