Könül Xasıyevaya qarşı dələduzluq – 70 min manatını alıblar

  • Müəllif: admin
  • 19 Avqust 2017 18:10

1495119204-8917jpeg
Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

Bu barədə “Qafqazinfo”ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb:

“Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq”.

Könül Xasıyevanın verdiyi məlumata görə, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağını bildirib:

“Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Maşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Hələ də pulumu ala bilmirəm”.

Gununsesi.info