Kopanhagendə silahlı insident - ÖLƏN VƏ YARALANANLAR VAR

  • Müəllif: admin
  • 01 Noyabr 2017 09:15

Danimarkanın paytaxtı Kopenhagendə baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. 

Gununsesi.info xəbər verir ki, insident Kopenhagenin Hörrebru mikrorayonunda baş verib.

Yaralananlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Ölən və yaralanan şəxslərin kriminal dairələrlə əlaqəli olduğu qeyd olunur.

Yerli mətbuatın xəbərinə görə, kriminal qruplaşmalar arasında davam edən münaqişə səbəbindən son bir neçə ay ərzində 30-dək silahlı insident qeydə alınıb.

Gununsesi.info