
Nüfuzlu beynəlxalq reytinq agentliyin “Moody’s” iki ay ərzində ərəb dünyasında başlamış münaqişə nəticəsində Qətərin verdiyi maliyyə itkilərini hesablayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hesablamalar zamaını məlum olub ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklər, Misir və Bəhreynlə olan diplomatik əlaqələrin pozulmasına görə rəsmi Doha 38,5 milyard dollar itirib.
Belə ki, bu da ölkənin Ümumdaxili Məhsulunun (ÜDM) təxminən 23 faizini təşkil edib.
Qeyd edək ki, ərəb dövlətlərinin Qətərə qarşı başlatdığı məhdudiyyətlərlə bağlı olaraq, rəsmi Doha turizim, o cümlədən ticari və bank sahələrində ciddi çətinliklərlə üzləşir. Bu günədək Qətər banklardan geri götürülən əmanətlərin həcmi təxminən 30 milyard ABŞ dollarıdır.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətəri regionda qeyri-sabitlik yaratmaqda ittiham edərək Qətərlə diplomatik əlaqələri dayandırıb.
Anar
Gununsesi.info











