Koronavirus dövrünün idman prinsipləri ilə ilk çempionu müəyyənləşdi

  • By admin
  • 10 May 2020 17:42

Futbol üzrə Nikaraqua klausurasına yekun vurulub.

Gununsesi.org-un məlumatına görə, çempion adını “Real Esteli” qazanıb. Bu komanda finalda “Manaqua”nı iki oyunun yekununda üstələyib – 1:1, 3:1.

Beləliklə, “Real Esteli” koronavirus pandemiyası dövründə idman prinsipləri əsasında müəyyənləşən ilk çempion olub. Bu, klub tarixində 15-ci çempionluqdur.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən əksər ölkələrin çempionatları dayandırılıb.

 

Gununsesi.org