Vitamin çatışmazlığını necə bilməli?

Yay aylarında günəşi havalarda bu vitaminə təlabat çox fərdi xarakter daşıyır və dəri rəngi, bədəndə yağ miqdarı, orqanizmin sümük skeletini neçə müddətə əmələ gətirdiyi kimi göstəricilərdən asılıdır. Bu, çox çətin prosesdir”, – Warwick Universitetinin tibb tarixçisi Robert Beavney deyir.

Buna görə də D vitaminin çatışmazlığını simptomlarla deyil, qan analizi ilə müəyyən etmək lazımdır.

Günəş vannası qəbul etsək?

Bu yolla böyük doza D vitamini qəbul edə bilməzsiniz, lakin dəri yanığı əldə edə bilərsiniz.

Buna görə də, həddindən artıq günəş qəbul etmək lazım deyil və dərini günəş kremləri ilə və ya geyim vasitəsi ilə qorumaq lazımdır.

Uşaqlar və hamilələr nə etməlidir?

Həkim məsləhəti belədir:

  • Körpələr doğulandan 1 yaşına qədər hər gün 8.5-10 mkq D vitamini qəbul etməlidirlər
  • süni qidalar verilən uşaqlara hər hansı əlavə vitamin vermək lazım deyil. Uşaq yeməklərinin tərkibində artıq D vitamini var-ancaq gündə 500 ml-dən az uşaq qidası qəbul olunanadək
  • 1 yaşdan 4 yaşadək olan uşaqlar gündə 10 mkq D vitamini qəbul etməlidirlər
  • hamilə qadınlar və süd verən analar da gündə 10 mkq D vitamini qəbul etməlidirlər