Koronavirusdan sağalan Peskov evə buraxılıb

  • By admin
  • 25 May 2020 20:23

COVID-19-la bağlı xəstəxanaya yerləşdirilən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov evə buraxılıb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

“Xəstəxanadan çıxmışam və hələ ki, karantindəyəm”, – D.Peskov deyib.

Rusiya prezidentinin mətbuat katibi fəaliyyətini evdən davam etdirəcəyini bildirib.

Qeyd edək ki, D.Peskov mayın 12-də koronavirusa yoluxduğunu açıqlamışdı.

 

 

Gununsesi.org