Koronavirusdan sağalanların ağciyərləri qalıcı olaraq zədələnib

  • By admin
  • 22 Mart 2020 14:36

Çinli mütəxəssislər koronavirusdan sağalanlar üzərində yeni araşdırma aparıblar. 

Gununsesiaz.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, sağalan insanların ağciyərlərinin üzərində maye və parça halında kisəciklər görünüb.

Bundan əlavə, Uhan xəstəxanasının həkimləri də 140 koronavirus xəstəsinin ağciyərini yenidən yoxlayıb. Həmin xəstələrin ağciyərlərində də buzlu şüşə şəklinə bənzər hissələr tapılıb. Əldə edilən nəticələrə əsasən, qənaətə gəlinib ki, həmin şəxslərin ağciyərləri qalıcı olaraq zərər görüb.

Eyni zamanda, Honk-Konqlu mütəxəssislər də etdiyi araşdırmalara əsasən virusdan dolayı ağciyərlərin zərər gördüyünü açıqlayıb.

 

 

Gununsesiaz.info