Koronavirusun daha sürətlə yayılan yeni növü aşkarlandı

  • By admin
  • 20 Dekabr 2020 11:03

Cənubi Afrika Respublikasında koronavirusun yeni növü aşkarlanıb.

RT-nin məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, yeni növə 501.V2 adı verilib.

Alimlər Cənubi Afrikadakı ikinci xəstəlik dalğasının bu mutasiya ilə əlaqəli olduğunu istisna etmirlər. Yeni infeksiya daha sürətli yayılır. Bundan əlavə, xəstəxanalarda yanaşı xəstəliyi olmasa da, ağır vəziyyətdə gətirilən gənc koronavirus xəstələrinin sayı artıb.

 

Gununsesi.info