Koronavirusun dünyaya gətirdiyi daha bir özəllik: CİNAYƏTLƏR AZALIB, MƏİŞƏT ZORAKILIĞI ARTIB - ARAŞDIRMA

  • By admin
  • 13 Aprel 2020 10:44

Dünyada böyük həyacanla tüğyan edən və 100 mindən çox insanıı həyatdan qoparan, ictimai həyatı durma nöqtəsinə gətirən koronavirus sosial həyatımıza bir sıra yeniliklər qatıb.

Örnək üçün, koronavirusun ən geniş yayıldığı Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində narkotik daşımaçılığı cinayətləri ilə bağlı ötən illə qarşılaşdırmada 42% azalma diqqət çəkir. Polis yetkililəri şəhərdə digər cinayət işlərinin də 10%-dən çox azaldığını dilə gətirirlər.

Araşdırmada qeyd edilir ki, güc strukturlarının vəzifəliləri bildirirlər ki, cinayətlərlə bağlı bu azalma rəqəmləri Amerikanın digər bölgələrində də açıq sezilməkdədir.

Digər ölkə olan El-Salvadorda da ölüm cinayətləri inanılmaz dərəcədə azalıb. Statistikaya əsasən gündə 600 insanın qətlə yetirildiyi ölkədə bu rəqəm koronavirusun təsiri ilə artıq 2-yə enib.

Yer kürəsində ən çox suç faizlərinin olduğu Latın Amerikası ölkələrində isə eyni şəkildə, rəqəmlər ciddi şəkildə aşağıya doğru enib.

Örnək üçün. Peruda ölüm cinayətlərinin sayı ilə bağlı ötən illə qarşılaşdırmada 84 %-lik

Dövlət rəsmiləri cinayətlərinin sayındakı enişi 2 səbəblə izah edirlər: Polislərin virus səbəbi ilə fərqli-fərqli ərazilərdə eyni anda daha sıx nəzarət tədbirlərini gerçəkləşdirməsi və cinayət dəstələrinin öz aralarındakı qrup qisaslarını və döyüşlərini dayandırma qərarı ilə.

Ancaq koronavirus səbəbi ilə hüquqi suçlar tamamilə bitmiş deyil. Ekspertlər cinayət təşkilatlarının koronavirus müddətində dayandırma qərarına getsə də, uyuşdurucu-narkotik satışlarının internet üzərindən satışının həyata keçirilməsi üçün fərqli strategiya və planlar cızdığını ifadə edirlər.

Araşdırmada qeyd edilir ki, qardaş Türkiyənin ən böyük şəhərlərindən olan İstanbulda da ictimai yerlərdə törədilən  cinayətlərin sayının azalması və ailə içi şiddətin və məişət zorakılığının çoxalması diqqət çəkir.

Türkiyədə devizə çevrilən #evdəqal çağırışları səbəbilə asayiş hadisələrində 42 %-ə qədər azalma, yuxarıda qeyd etdiyimiz ailə içi şiddətdə isə 38% çoxalma müçahidə edilir.

Həmçinin Türkiyədəki öncəki illə qqarşılaşdırmada bu rəqəm 49 % azalmanı ortaya qoyur ki, evə girmə oğurluğunda 44%, avtomobildən oğurluamada 29,6, avtomobilin özünü oğurlamada 29,3, iş yerlərindən oğurluqlarda 21, hücum çəkərək qəsb etməkdə 15.5,  fırılqdaqçılıqda 4 % cinayət azalmasının olması sezilməkdədir.

Ən böyük şəhəri olan İstanbulda ötən ilin martında 1804 ailə zorakılığı qeyd alınmışdısa, bu ilin eyni ayında isə bu rəqəm 2493-ə yüksəlib.

Koronavirusun dünyanın daha hansı sahələrində nə kimi təsirləriinin olacağı isə digər araşdırma mövzusudur.

Arzu S.

Gununsesi.org