Koronavirusun mutasiyası HİV-lə müqayisə edildi

  • By admin
  • 24 Yanvar 2021 11:28

Koronavirusun ən təhlükəli mutasiyası – patogenin bədənin immunitet reaksiyasına qarşı müqavimətidir.

Bu barədə terapevt, klinik farmakoloq Andrey Kondraxin bildirib.

“Bu HİV-dəki kimidir. Virus qəfil daha çox yoluxucu olmaqla yanaşı, həm də daha davamlı olur və anticisimlərə qarşı yeni müdafiə mexanizmləri yaradır”, – deyə o, qeyd edib.

Həkimin sözlərinə görə, koronavirusun bu qədər yoluxucu olması üçün ən real variant digər xəstə ilə təkbətək ünsiyyətdir.

“Bu vəziyyətdə virus “vəhşi” hala gələcək, populyasiyada sərbəst yayılacaq və ondan qurtulmaq demək olar ki, mümkün olmayacaq”, – deyə Kondraxin xəbərdarlıq edib.

 

Gununsesi.info