Kosmik turizmin detalları AÇIQLANDI

  • By admin
  • 04 İyul 2020 09:55

“Space Adventures” şirkəti kosmik turistlərin açıq  kosmosa çıxışının təfərrüatlarını açıqlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə RİA Novosti şirkətin nümayəndəsinə istinadla xəbər verir.

Turistlər açıq kosmosa 2023-cü ildə çıxacaqlar və orada 90-100 dəqiqə qalacaqlar. 

“Kosmonavt qeyri-professional olduğu üçün 90-100 dəqiqə ilə 6-7 saat arasında fəzada qalmaqlarında böyük fərq var”, – deyə “Space Adventures”dən bildirilib.

Xatırladaq ki, turistlərin ilk dəfə açıq kosmosa çıxacaqları tarix iyun ayında məlum olmuşdu. Müvafiq saziş artıq Rusiyanın “Enerji” və ABŞ-ın kosmik turizmin inkişaf etdirilməsi ilə məşğul olan “Space Adventures Inc.” şirkətləri arasında imzalanıb. 

Gununsesi.org