Kraliça “Brexit” anlaşmasını təsdiq etdi

  • By admin
  • 24 Yanvar 2020 09:38

Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib.

Gununsesi.org xəbər verir ki, bununla da Boris Conson hökuməti tərəfindən hazırlanan sənəd qanuni statusunu alıb və krallığın yanvarın 31-də Avropa İttifaqının (Aİ) tərkibindən çıxması üçün bütün əsas mərhələlər başa çatıb.
Bundan sonra sazişin Aİ tərəfindən rəsmiləşdirilməsi üçün daha bir neçə proses həyata keçirilməlidir.
Qeyd edək ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasını nəzərdə tutan “Brexit” prosesi ilə bağlı 2016-cı ildə referendum keçirilib.

Gununsesi.org