Kralın 84 yaşlı qardaşı vəfat etdi

  • By admin
  • 12 Noyabr 2016 11:55

kral

Səudiyyə Ərəbistanının Kralı Salman bin Abdüləzizin qardaşı əmir Türki bin Abdüləziz vəfat edib.

Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “SPA” rəsmi xəbər agentliyi məlumat yayıb.

Türki bin Abdüləziz bu gün 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki,Türki bin Abdüləziz 1932-ci ildə Səudiyyə Ərəbistanında anadan olub. 1957-ci ildə Ər-Riyada əmir təyin edilib. 1969-1983-cü ilə qədər müdafiə və aviasiya nazirinin müavini vəzifəsini icra edib.

Bundan sonra Türki bin Abdüləziz ailəsiylə birlikdə Misirə gedib.

2010-cu ildə Türki bin Abdüləziz Səudiyyə Ərəbistanına qayıdıb.

Anar

Gununsesi.info