Kredit təşkilatına saxta qızıl verənlər saxlanıldı

  • By admin
  • 23 Sentyabr 2019 16:30

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb.

Gununsesi.orgun məlumatına görə, sentyabrın 20-də Ağcabədi şəhəri ərazisindəki kredit təşkilatlarından birinə gəlmiş Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildiriblər. Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib. 

Gununsesi.org