Kreml ABŞ-la münasibətlərin bərpasına ümid edir

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov Kremlin Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ Prezidenti Donald Trampla əlaqələri bərpa etməyə ümid etdiyini bildirib.

CNN-ə müsahibəsində Peskov qeyd edib ki, Moskva Vaşinqtonla münasibətləri “Amerika hazır olduğu qədər tez” yaxşılaşdırmağa hazırdır:

“Ümid edirik ki, Prezident Tramp Ukrayna probleminin siyasi və diplomatik həllinə hələ də hazırdır.”

Peskov ikitərəfli münasibətlərin, eləcə də ticarət və iqtisadi əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Onun açıqlaması Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun bir gün əvvəl Budapeştdə keçirilməsi planlaşdırılan, lakin ləğv edilən Putin–Tramp sammitinə hazırlıqların bərpası çağırışından sonra səslənib.

Reuters yazır ki, sammit Rusiyanın cəbhə xətti boyunca hərbi əməliyyatları dayandırmaqdan imtina etməsi səbəbindən ləğv olunub. Görüşün ləğvindən sonra ABŞ administrasiyası Trampın Ağ Evə qayıdışından bəri Rusiyaya qarşı ilk sanksiyaları tətbiq edib.

Gülxanım 

Gununsesi.info