“Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi…” - ELXAN ŞAHİNOĞLU

  • By admin
  • 28 Aprel 2017 15:42

el-nal-lav

“Gözlənildiyi kimi, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü də nəticəsiz qaldı”.

Gununsesi.info-nun xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Görüşün yekunlarıyla bağlı yayılan və heç bir məna ifadə etməyə 3-4 cümləlik bəyanatda əsas fikir bundan ibarətdir:

“Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar”.

Məgər, prezidentlərin 2016-ci ildə Vyana və Sankt-Peterburq görüşlərində hansısa razılıq əldə olunub?”-deyən politoloq bildirib ki,  yeganə şifahi razılıq o olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun.

“Bunun nəyi razılıqdır ki? Əksinə bu bizim maraqlara zidd olan status-kvonun uzanması deməkdir.

Moskvadakı görüşün bir mənası var idi: Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi.

Buna əmin oldumu – bunu gələcək aylar göstərəcək”-deyə, o, sonra qeyd edib.

Gununsesi.info