“Kreml Suriyanın parçalanmasına heç cür razı olmayacaq” - SERGEY LAVROV

  • By admin
  • 23 Sentyabr 2017 10:28

Foreign Minister of Russia Sergei Lavrov, attends the signing of an agreement about the placement of the Russian House in Berlin and the placement of the Goethe Institute in Moscow as part of a meeting with German Foreign Minister Guido Westerwelle  in Berlin, Germany, Wednesday, May 15, 2013. (AP Photo/Michael Sohn)

Rusiya XİN başçısı Suriyanın parçalanması ilə bağlı məsələnin gündəmə gəlməsinə sərt təpki göstırib və “Rusiya Suriyanın bölünməsinə heç cür razı olmayacaq”, deyə bəyan edib. 

Gununsesi.info xəbər verir ki, BMT Baş Assambleyasının sessiyasında çıxış edən Rusiya XİN başçısı Sergey Lavrov çıxşında bir çox məsələlərlə yanaşı, Suriya, İran, Şimali Koreya və Fələstin böhranlarına toxunub.

Suriya məsələsinə toxunan Lavrov deyib ki, Rusiya və ABŞ birgə Suriyada terrorizmə qarşı aktiv fəaliyyət göstərir. Suriyanın bölünməsinə gəldikdə isə Lavrov “Suriyanın bölünməsinə əsla izn verməyəcəyik. Çünki Suriyanın parçalanması Yaxın Şərqdə çox ciddi fəsadlara yol açar”, deyə qeyd edib.

Şimali Koreya, xüsusən də ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasındakı konfliktin aradan qaldırılmasında tərəfsiz Avropa ölkəsinin vasitəçilik edə biləcəyini dilə gətirib.

Fələstin məsələsinə toxunan Lavrov deyib ki, 70 illik mübarizələrinə baxmayaraq, fələstinlilərin hələ də müstəqil dövləti yoxdur.

ABŞ-ın İranla nüvə proqramı ilə bağlı imzalanan sazişin ləğvi haqqında qaldırdığı məsələnin də əleyhinə çıxan Lavrov deyib ki, Moskva bu məsələnin yenidən gündəmə gətirilməsinin əleyhinədir.

Gununsesi.info