Krımın eks-prezidenti Rusiyaya aparıldı

  • By admin
  • 17 Sentyabr 2019 09:38

Türkiyədə insult keçirən Krımın eks-prezidenti Yuri Meşkov Rusiyaya aparılıb. Gununsesi.org “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə siyasətçinin qızı Marianna Meşkova Feysbuk hesabında məlumat verib. 

“Kömək edən hər kəsə təşəkkür edirəm. Atam Krasnoqorskdadır”, – Meşkova yazıb.

 Y. Meşkovun bir müddət koma vəziyyətində olduğu məlumdur.

Qeyd edək ki, Y. Meşkov Krım tarixində yeganə prezident olub.

Gununsesi.org