
Moskva Qərb ölkələrinin sanksiyaları nəticəsində 50 milyard dollara yaxın itki ilə üzləşib, Qərb dövlətləri özləri isə bundan iki dəfə çox itiriblər.
Gununsesi.info-nun məlumatına görə, bunu Rusiya əhalisinin suallarına canlı yayımda cavab verən ölkə prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiya tətbiq etmiş ölkələr son nəticədə Rusiyadan daha çox itiriblər.
Prezident onu da əlavə edib ki, Krımın Rusiyaya birləşdirilməsi olmasaydı belə sanksiyalar üçün başqa səbəblər tapılacaqdı.
Gununsesi.info











