Rusiyada yaşayan “Pokrov Məhərrəm” adlı iş adamı Azərbaycana deportasiya edilib. Məhkəmə Rusiyada izinsiz yaşayan iş adamının ölkədən kənara çıxarılmasına qərar verib.
Gununsesi.org -un xəbərinə görə, o, Şeremetyevo hava limanından Azərbaycana yola salınıb.
Məlumata görə, Quliyev daha öncə paytaxt polisinin əməkdaşları tərəfindən miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu.
Qeyd edək ki, paytaxtın ən böyük meyvə-tərəvəz bazarına “nəzarət edən” Quliyev ev dustaqlığında olduğu zaman qaydanı pozduğuna görə axtarışa verilib.
Xatırladaq ki, Məhərrəm Quliyevin həbs xəbərini ilk olaraq Gununsesi.org saytı yaymışdı.