İş adamı “Pokrov Məhərrəm” Rusiyadan Azərbaycana deportasiya olundu

  • By admin
  • 25 Noyabr 2019 13:55

Rusiyada yaşayan “Pokrov Məhərrəm” adlı iş adamı Azərbaycana deportasiya edilib.  Məhkəmə Rusiyada izinsiz  yaşayan iş adamının ölkədən kənara çıxarılmasına qərar verib.

 Gununsesi.org -un xəbərinə görə, o, Şeremetyevo hava limanından Azərbaycana yola salınıb.

Məlumata görə, Quliyev daha öncə paytaxt polisinin əməkdaşları tərəfindən miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu.

Qeyd edək ki, paytaxtın ən böyük meyvə-tərəvəz bazarına “nəzarət edən” Quliyev ev dustaqlığında olduğu zaman qaydanı pozduğuna görə axtarışa verilib.

Xatırladaq ki, Məhərrəm Quliyevin həbs xəbərini ilk olaraq Gununsesi.org saytı yaymışdı.

Gununsesi.org