“Kubada dilənçi yoxdur” deyən nazir istefa verib

  • By Admin2
  • 16 İyul 2025 14:35

Kubanın əmək naziri ölkəsində dilənçilərin olmadığını və bəzi insanların asan pul qazanmaq üçün özlərini dilənçi kimi göstərdiyini dedikdən sonra istefa verib.

Gununsesi.info xarici mediaya isitnadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Kubanın əmək və sosial təminat naziri Marta Elena Feyto-Kabrera parlament iclasında ölkəsində dilənçilərin olmadığını dedikdən sonra istefaya getməyə məcbur olub.

BBC-nin məlumatına görə, Feyto-Kabrera parlamentdəki çıxışında Kubada “dilənçilərin” olmadığını , insanların hər yerdə zibil yığdıqlarını və “asan pul” qazanmaq üçün bunu seçdiklərini iddia edib. Nazirin açıqlamaları həm ölkə daxilində, həm də xaricdə Kuba vətəndaşları tərəfindən hiddətlə qarşılanıb. Prezident Migel Diaz-Kanel də reaksiya verdikdən sonra Feyto-Kabrera tutduğu vəzifədən istefa verib.

 

 

Orxan

Gununsesi.info