Küçə itləri 9 yaşlı qızı parçaladı

  • Müəllif: admin
  • 20 Fevral 2017 09:29

ambulans

Dağıstanın paytaxtı Mahaçqalada küçə itləri tərəfindən parçalanmış uşaq meyiti tapılıb.

Gununsesi.info-nun xəbərinə görə,  bu barədə “İnterfaks-Cənub” agentliyinə güc strukturlarındakı mənbə bildirib.

Məlumata əsasən, Mahaçqalanın Birinci Pyotr küçəsində küçə itləri  9 yaşlı qıza hücum edərək parçalayıblar. Onun meyitini valideynləri aşkar edib.

Hadisə yerinə  “təcili yardım” gəlsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.info