
Hadisə Almaniyada baş verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Hamburqda 7-8 iyul tarixlərində baş tutacaq G20 Zirvəsinin təhlükəsizliyini təmin etmək məqsədilə Berlindən gətirilən polis məmurları küçənin ortasında cinsi əlaqəyə girdikləri üçün işdən qovulublar.
İngiltərənin “Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, onlar cinsi əlaqə ilə yanaşı, küçələri zibilləyib və silahdan istifadə ediblər.
Almaniyanın “Bild” qəzeti də bu xəbəri işıqlandırıb. Qəzetdə polislərin içki və qəlyandan istifadə edərkən çəkilmiş fotoşəkilləri yayımlanıb.
Gununsesi.info











