Kuçmaya xüsusi müdafiə olunan, 500 minlik avtomobil verildi

  • By admin
  • 13 Dekabr 2019 22:53

Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın kortejinə yeni avtomobil daxil edilib.

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, eks-prezidentin maşını bundan sonra xüsusi müdafiə olunan “Mercedes-Benz S600 Guard W222” olacaq. Avtomobil yüksək səviyyədə (VR9) ballistik müdafiəyə, 523 at gücündə  6 litrlik əkiz-turbo V12-yə sahibdir. Onun minimum qiyməti 500 min dollar dəyərləndirilir.

İddia olunur ki, Kuçma bu avtomobillə dövlət tərəfindən təmin olunub. Hazırda o, Donbasda münaqişənin tənzimlənməsi üzrə Kiyevin üçətərfli təmas qrupunun nümayəndəsi vəzifəsini daşıyır.

Kuçma prezidentliyi dövründə zirehli, flaqman model “Mercedes S-Class W221” avtomobilindən istifadə edib.

 

Gununsesi.org