Külək Lerik rayonunda 50-dək yaşayış məntəqəsini işıqsız qoydu

  • By admin
  • 02 Dekabr 2016 21:56

kulek

Dağlıq Lerik rayonunda güclü külək əsib.

Gununsesi.info bildirir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, külək günorta saatlarından başlayıb və axşam daha da güclənib. Nəticədə rayonun yüksək gərginlikli Şingədulan ərazi elektrik paylayıcı xəttində 4 dayağın  aşması ilə bir sıra yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda ümumilikdə rayonun 50-dək kəndi işıqsız qalıb.

İcra rəsmisinin sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür.

Gununsesi.info