Kulebadan danışıqlarla bağlı İLK AÇIQLAMA: Rusiya ilə...

  • By admin
  • 10 Mart 2022 14:25

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə danışıqların çətin keçdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ukrayna XİN rəhbəri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə Sergey Lavrovla baş tutan görüşün 1 saat yarım davam etdiyini bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı onlar humanitar həll yolu tapmaq üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.

Lakin tərəflər atəşkəslə bağlı razılığa gələ bilməyiblər.

Gununsesi.info