Külli miqdarda narkotiklə tutulan auditora bəraət verilib

  • By admin
  • 18 Yanvar 2023 12:02

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Emin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

 

Hakim Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti Emin Zeynalovun verilmiş ittihamla təqsirsiz olduğu nəticəsinə gəliblər.

İttiham olunan şəxs bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Emin Zeynalov aiudit kimi fəaliyyət göstərib. O, 1 il əvvəl 1 kilo 600 qram narkotiklə saxlanılıb.

Gununsesi.info