Külli miqdarda siqaret aşkarlanıb

  • By admin
  • 24 Fevral 2017 11:01

siqaret

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markasıyla markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədilə saxlanması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Əliyev Səfa Orucəli oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 90 CM 062 dövlət qeydiyyat nişanlı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb.

Avtomobilə baxış zamanı, yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 10.600 ədəd – “M1”, “Manchester”, “Royal”, “Bıstoon” və “De Santıs” adlı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info