Külli miqdarda siqaret aşkarlanıb

  • By admin
  • 27 May 2017 11:15

siqaretttttt

22180 ədəd xarici markalı siqaretlər aşkar edilib.

Gununsesi.info-ya Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Belə ki, Baş İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili Bakı şəhəri, Xətai prospektində saxlanılıb. Avtomobilə baxış keçirən gömrükçülər 22180 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info